"Qaçqınlıq probleminin Avropada tüğyan etdiyi məqamda Almaniya Türkiyənin Avropa Birliyinə üzv olacağını bəyan etdi. Hazırkı məqamda isə Angela Merkel fərqli mövqe nümayiş etdirir". Bunu SİA-ya açıqlamasında siyasi ekspert Arzu Nağıyev söyləyib.
A.Nağıyev bildirib ki, Avropa Birliyi Türkiyənin sözügedən birliyə üzv olacağı haqqında ciddi bir addım atacağına inanmır: "Çünki bu, tək Almaniya və ya Fransadan asılı deyil və belə qərarları onlar təkbaşına verə bilməz. Türkiyənin Avropa Birliyinə üzv olub-olmaması məsələsi daimi gündəmdə olsa da, bu, heç vaxt müsbət həllini tapmayıb. Əsas səbəblərdən biri demoqrafik dəyişikliklərlə bağlıdır. Yəni əhalinin türkləşməsi qərbi qorxudan ən böyük amildir. İkinci səbəb isə Türkiyə bir aqrar dövlət kimi Avropa Birliyinə daxil olsa, birlikdə iqtisadi balans dəyişikliyi baş verər və Polşa və digər dövlətlər öz aqrar dövlət nüfuzunu itirər. Onu da deyim ki, qaçqınlarla bağlı məsələdə ilk öncə Türkiyənin qaçqınları qəbul edəcəyi təqdirdə Avropa Birliyi 3 milyard avro vəsait ayıracağını və Türkiyə ilə viza məsələsinin götürüləcəyini bəyan edirdi. Bunun üçün isə Türkiyənin razılığını gözləyirdi. Hazırda Türkiyədə Parlament seçkiləri başa çatıb, yəqin ki, hökumət formalaşdıqdan sonra bu istiqamətdə müvafiq qərarlar qəbul ediləcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB