"Zakir Həsənovun səsləndirdiyi fikir düşmənə bir mesaj idi" Açıqlama

"Zakir Həsənovun səsləndirdiyi fikir düşmənə bir mesaj idi" Açıqlama

"Zakir Həsənovun səsləndirdiyi fikir düşmənə bir mesaj idi". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

O, Azərbaycan Respublikası Müdafiə naziri Zakir Həsənovun səsləndirdiyi fikri şərh edib: "Azərbaycanla Ermənistan arasında mübarizə təkcə silahla aparılmır, eyni zamanda informasiya müharibəsi gedir. Bunu heç kim inkar edilə bilməz. Müdafiə nazirinin söylədi fikir də məhz bunu ifadə edir. Ermənistan öz havadarlarına çox da arxalanmamalıdır.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana səfər etməsi ermənilərdə xüsusi bir ovqat yaradıb. Lavrov orada işğalçını dəstəkləyən xeyli sayda fikir səsləndirib. Bu da onu göstərir ki, Rusiya işğalçının yanında olacaq və işğalçını dəstəkləyəcək. Bu yolverilməzdir. Müdafiə naziri Zakir Həsənov Lavrovun Ermənistana getdiyini bildirdi və məhz buna görə də o, həmin məqamda bu fikirləri səsləndirdi. Bu çıxışdan çoxları belə nəticə çıxardı ki, Azərbaycan müharibəyə başlayır. Təbii ki, müharibə Azərbaycanın haqqıdır".

Üzeyir Cəfərov qeyd edib ki, Zakir Həsənovun səsləndirdiyi fikir düşmənə bir mesaj idi: "Onlar bir qədər ayılmalı və vəziyyətin ciddiliyini başa düşməlidirlər. Çünki bu gün Azərbaycanın əldə etdiyi silahlar Ermənistanın bütün silahlarından həm qat-qat müasir, həm də qat-qat güclüdür. Nazirin sözlərini məhz bu aspektdən qəbul etmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə