Prezident AMEA-nın 70 illik yubileyində iştirak edib FOTOLAR

Prezident AMEA-nın 70 illik yubileyində iştirak edib FOTOLAR

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyi keçirilib. SİA xəbər verir ki, akademiyanın binasında keçirilən yubiley tədbirində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edərək geniş nitqlə çıxıb edib. Tədbirə dövlət və hökumət rəsmiləri, akademiklər, ictimai-siyasi xadimlər, universitet rektorları, AMEA-nın əməkdaşları qatılıblar.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Nobel mükafatı laureatı, professor Corc Ficral Smut, Dubne Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev çıxış ediblər.

Qeyd edək ki,hazırda AMEA-da 10 minə yaxın əməkdaş, o cümlədən 4939 nəfər elmi işçi, 664 elmlər doktoru, 2026 nəfər fəlsəfə doktoru çalışır. Akademiyanın 67 həqiqi üzvü və 115 müxbir üzvü var. 2013-cü ildən AMEA-nın prezidenti Akif Əlizadədir.

Bütün xəbərlər Facebook səhifəmizdə