Qırğızıstanın "Kabar" Milli İnformasiya Agentliyi noyabrın 1-də Azərbaycan parlamentinə keçirilən seçkilərlə bağlı məqalə yayıb. Azərbaycanın Qırğızıstandakı səfirliyinin "Azərbaycanda parlament seçkiləri azad, demokratik və şəffaf şəraitdə keçirilib" adlı məlumatı əsasında hazırlanan məqalədə bildirilir ki, seçkilər yerli və xarici müşahidəçilər, o cümlədən Avropa Şurası Parlament Assambleyası tərəfindən yüksək qiymətləndirilib. Onlar hesabatlarında seçkilərin azad, demokratik və şəffaf keçirildiyini bildiriblər. Qeyd olunub ki, seçkilərə hazırlıq və səsvermə prosesi yüksək səviyyədə təşkil olunmuşdu.
Məqalədə diqqətə çatdırılır ki, seçkiləri 500-dən çox xarici, 66 min yerli müşahidəçi izləyib. Xarici müşahidəçilər 27 ölkənin 40 beynəlxalq təşkilatını təmsil edib. Dünyanın 27 ölkəsinin 42 jurnalisti də bu böyük siyasi kampaniyanı işıqlandırıb.
Vurğulanır ki, bəzi dairələr tərəfindən seçkilərlə bağlı əsassız iddiaların səsləndirilməsi və seçkilərin nəticələrinə kölgə salınması, rəsmi mənbələrə istinad etmədən bəzi beynəlxalq KİV-lərdə qərəzli məlumatlara yer verilməsi cəhdləri tamamilə qəbuledilməzdir.
Məqalədə Azərbaycan xalqının azad və sərbəst şəkildə öz iradəsini ifadə etdiyi, yalnız Azərbaycan seçicilərinin iradəsinin, seçici fəallığının seçkilərin nəticələrini və legitimliyini müəyyən etdiyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB