"Çətin anlarımızda Azərbaycanın göstərdiyi köməyi xalqımız rəğbətlə xatırlayır"
Gürcüstanda yaşanan çətin anlarda Azərbaycan xalqının və dövlətinin göstərdiyi qardaşlıq köməyi gürcü xalqı tərəfindən daim rəğbətlə xatırlanır. Bu sözləri noyabrın 5-də Tbilisidə Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafət zamanı deyib.
Giorgi Marqvelaşvili bildirib ki, Gürcüstan və Azərbaycan xalqlarının ortaq tarixi, ən önəmlisi isə münasibətlərimizin möhkəm təməlini əks etdirən nadir dostluq əlaqələri var. Bu möhkəm dostluq münasibətləri Azərbaycanın və Gürcüstanın sabiq rəhbərləri Heydər Əliyevə və Eduard Şevardnadzeyə regional əməkdaşlıq üçün çox əhəmiyyətli strateji layihələri həyata keçirmək işində mühüm dəstək olub.
"Bu səylər bizim ölkələrə və ümumilikdə, regiona geosiyasi əhəmiyyət verib. Bu önəmli təşəbbüsün başlanmasından ötən iyirmi il ərzində möhkəm dostluq və yaxın əməkdaşlığımız sayəsində biz çoxsaylı çağırışlara lazımınca cavab verə bilmişik",-deyə Gürcüstan Prezidenti vurğulayıb. (azərtac)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB