Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında Daimi müşahidəçisi vakant vəzifəsinə Xüsusi Tapşırıqlar üzrə Səfir Akşin Mehdiyevin namizədliyi irəli sürülüb. XİN-dən SİA-ya verilən məlumata görə, 4 noyabr 2015-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatının Ümumi Katibliyindən Xarici İşlər Nazirliyinə daxil olmuş notada İƏT-in Baş katibi tərəfindən səfir Akşin Mehdiyevin İƏT-in Avropa İttifaqı yanında Daimi müşahidəçisi vəzifəsinə qəbul edilməsi təsdiq edilərək, onun vəzifə səlahiyyətlərinin icrasına 1 dekabr 2015-ci il tarixindən etibarən başlayacağı bildirilib.
Səfir Akşin Mehdiyev 2001-2006-cı illərdə Azərbaycan Respublikasının Avropa Şurası, 2006-2014-cü illərdə isə BMT yanında Daimi Nümayəndəsi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB