Hikmət Babaoğlu: "AŞPA bu deputatlardan izahat tələb etməlidir" AÇIQLAMA
"Avropa Şurası Parlament Asambleyasının (AŞPA) missiyası Azərbaycanda keçirilən V çağırış Milli Məclis seçkilərlə bağlı bəyanat yayıb və bəyanatda Azərbaycanda baş tutan seçkilərə obyektiv qiymət verib. Əlbəttə ki, seçkinin keçirilməsi, texniki təşkilatlanmanın yüksək səviyyədə olması, eyni zamanda Azərbaycan seçicilərinin aktivliyi qeyd edilmişdi". Bu fikirləri SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu deyib.
Politoloq qeyd edib ki, AŞPA-nın bəyanatına baxmayaraq müşahidə missiyasına daxil olan ayrı-ayrı deputatların sözügedən bəyanatdan kənar səsləndirdikləri fikirlərin şahidi oluruq: "Bunu isə transmilli media kimi tanıdığımız BBC xüsusi canfəşanlıqla işıqlandırır. Burada da əsas məqam odur ki, Almaniyalı deputat Frank Schwabın səslnədirdiyi fikirlərin heç seçkilərə aidiyyatı belə yoxdur. Birincisi hər bir parlamentaridə məsuliyyət olmalıdır. Buraya nə üçün, hansı missiya üçün gəlmişdiniz və nəyi qiymətləndirdiniz. Çox təəssüf ki, seçki yaddan çıxıb, Azərbaycanda insan hüquqlarından, söz azadlığından, mətbuat azadlığından, "siyasi məhbuslardan" danışırlar. Hesab edirəm ki, bu cür fikirlər AŞPA-nın Azərbaycana göndərilmiş missiyasının fəaliyyətinə kölgə salmaqdır. Ona görə də, AŞPA bu deputatlardan izahat tələb etməlidir".
Hikmət Babaoğlu onu da qeyd edib ki, bu gün bir sıra hegemon mərkəzlərin milli dövlətlərə qarşı istifadə etdiyi silahlardan biri də transmilli mediadır: "Bunların önündə BBC kimi tanıdığımız media orqanı gedir. Məqsədləri də milli iradəni təmsil edən hakimiyyəti şantaj etməklə ondan maksimum güzəştlər qoparmaqdır. Bilirik ki, Almaniyadakı bəzi dairələrin Azərbaycana qarşı, ölkəmizdə sabitliyi pozmağa yönəlik cəhdləri olub. Bu birinci dəfə deyil. Bütün bunlar onu göstərir ki, Almaniyada Azərbaycandakı milli dövlətə təzyiq etməyə çalışan xüsusi qruplaşma var. Cəmiyyətimiz bu qruplaşmanın hardan maliyələşdiyini də, hardan qidalandığını da yaxşı bilir. Ona görə də Schwab kimi parlamentarilərin bəyanatlarını Azərbayacan cəmiyyəti ciddiyə almayacaq qədər yetkin cəmiyyətdir. Əsas odur ki, Azərbaycan milli demokratiyası təntənə edibdir, Azərbaycan seçicisi öz seçki hüququndan layiqincə yararlanıbdır. Bir sıra xarici dövlətlərin də müşahidə missiyaları seçkilərin şəffaf, demokratik keçirildiyini etiraf ediblər".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB