Beynəlxalq müşahidəçi: "Seçkilərdə Azərbaycan xalqı çox yaxşı çıxış etdi"
Bolqarıstan parlamentinin nümayəndələri Azərbaycanda Milli Məclisə seçkilərdə apardıqları müşahidələrlə bağlı mətbuat konfransı keçiriblər. SİA-nın məlumatına görə, tədbirdə Bolqarıstan parlamentinin üzvləri Georgi Svilenski, Kanço Filipov, Daniella Daritkova Prodanova, Valentina Pavlov iştirak edib.
Daniella Daritkova Prodanova qeyd edib ki, seçkilər zamanı bir çox məntəqələrdə olub, səsvermənin gedişatını izləyiblər. O bildirib ki, proses sakit, şəffaf və demokratik keçib: "Hər kəs seçdiyi namizədə səs verə bildi. Təşkilatçılıq isə yüksək səviyyədə idi. Seçkilərdə Azərbaycan xalqı çox yaxşı çıxış etdi. Fəallıq yüksək idi".
Daha sonra qeyd olunub ki, səsvermə zamanı komissiya üzvləri peşəkar işləyib, öhdəliklərini məharətlə yerinə yetiriblər.
Bolqarıstan parlamentinin nümayəndələri Azərbaycanı uğurlu və demokratik seçkilər keçirməsi münasibəti ilə təbrik ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB