Avropadan seçkilərlə bağlı bəyanat

“Seçkilər beynəlxalq standartlara uyğun keçirilib”
Avropadan seçkilərlə bağlı bəyanat

Beynəlxalq müşahidəçilər- Avstriya Parlament Assambleyasının vitse-prezidenti Volfqanq Qrosruk, İspaniya Parlamentinin senatoru Xuan Xose Ortis və Böyük Britaniyalı jurnalist, politoloq Hankok Maykl Azərbyacanda keçirilən seçkilərlə bağlı mətbuat konfransı keçiriblər.

ASMA tərəfindən təyin olunan müşahidəçilərin rəhbəri Volfqanq Qrosruk Azərbyacanda keçirilən seçkiləri hərtərəfli müşahidə etdiklərini bildirib. Ümumi müşahidəçilərin adından çıxış edən V.Qrosruk qeyd edib ki, rəhbərlik etdiyi müşahidəçilərin çoxu AŞPA, AP, ATƏT PA, NATO Assambleyası, Qərbi Avropa İttifaqı və digər bu kimi qurumların nümayəndələrindən ibarətdir: "Mərkəzi Seçki Komissiyasının quraşdırdığı 500 veb-kamera səsvermə məntəqələrində onlayn müşahidəyə imkan yaradıldı, əlillər üçün xüsusi qələmlər ayrılmışdı. Hər dairədə azı 4 nəfər olmaqla, 10-dan artıq namizəd vardı. Səsvermə prosesi beynəxlalq standartlara uyğun olaraq, təyinatlı heyət tərəfindən peşəkarcasına və mütəşəkkil aparılmışdır. Seçicilərin qeydiyyatı ilə bağlı problemlər olmayıb. Səsvermə məntəqələrində səslərin sayılması şəffaf keçdi. Hər seçki məntəqəsinin nəticəsi möhürlənərək, dairə səviyyəsində mərkəzi qərargaha göndərildi".

Bütün xəbərlər Facebook səhifəmizdə