MSK: "2 milyon 600 min 730 bülleten sayılıb"

MSK: "2 milyon 600 min 730 bülleten sayılıb"

Azərbaycanda parlament seçkilərində səsvermənin nəticələri ilə bağlı 125 seçki dairəsi üzrə 4841 seçki məntəqəsi Mərkəzi Seçki Komissiyasına (MSK) hesabat verib. SİA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) "Seçkilər" İnformasiya Mərkəzindən bildirilib.

Qeyd edilib ki, indiyədək sayılmış bülletenlərin sayı 2 milyon 600 min 730-dur.

Xatırladaq ki, səsvermədə 2 milyon 897 min 188 nəfər iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə