ABŞ işçi qrupunun üzvləri: “Seçkilər ədalətli və şəffaf keçirilib”

ABŞ işçi qrupunun üzvləri: “Seçkilər ədalətli və şəffaf keçirilib”

ABŞ-ın ictimai-siyasi xadimlərindən ibarət işçi qrupunun üzvləri Azərbaycanda keçirilən parlamenti seçkiləri ilə bağlı mətbuat konfranı keçirib. SİA-nın verdiyi məlumata görə, ABŞ işçi qrupuna ABŞ-ın hərbi xidmət məsələləri üzrə keçmiş rəhbəri Solomon Ortiz, İB Korporasiyasının icraçı direktoru Patrisiya Edinqon, keçmiş konqresmenlər Joye Baka, Kurtis Veldon və Silvestr Reyes daxildir.

ABŞ işçi qrupunun rəhbəri Solomon Ortiz Azərbaycanda keçirilən seçkilərlə bağlı çıxış edərək bildirib ki, ABŞ işçi qrupu 20 nəfər peşəkar şəxslərdən ibarətdir: "İşçi qrupuna tanınmış xadimlər, keçmiş konqresmenlər, nüfuzlu siyasətçilər daxildir. İşçi qrupunu Azərbaycana Avropa Seçki Müşahidə Akademiyası dəvət etmişdir. Biz seçkillərdən əvvəl kifayət qədər məlumat almışdıq, tövsiyələri dinləmişdik. İşçi qrupunun üzvləri 125-dən artıq məntəqədə təsadüfi müşahidə aparıb. Aparılan müşahidələr hər tərəfli təhlil edilib. Bakıda, regionlarda kifayət qədər müşahidələr aparıb sənədləşmə işlərini gördük. İşçi qrupunun üzvləri məntəqələrdə yüksək seçici fəallığı müşahidə ediblər, məntəqələrdə bütün işlər öz qaydasında gedib. Seçiciləri izləmək həm də veb-kameralar vasitəsilə mümkün olub. Azərbaycanda ədalətli, beynəlxalq müstəviyə uyğun seçki keçirmək qarşıya məqsəd qoyulub və Azərbyacan buna nail olub. Hələ təxminən 7 il bundan öncə Azərbyacan Venesiya Komissiyasının tövsiyələri əsasında seçki məcəlləsinə müsbət dəyişiliklər edib. Seçki şəffaflığının göstərici kimi "exit-poll"dan istifadə olunub. İşçi qrupu ədalətli, şəffaf və azad seçkilərin keçirildiyinin şahidi olub. Azərbaycanda keçirilən seçkilər zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb. Seçkilər tam demokratik şəraitdə, azad və ədalətli şəkildə keçirilib".

Bütün xəbərlər Facebook səhifəmizdə