Elmira Süleymanova: "Bizə heç bir şikayət daxil olmadı"

Elmira Süleymanova: "Bizə heç bir şikayət daxil olmadı"

"Ombudsman olaraq seçkiləri müşahidə etməkdə maraqlı idik". SİA-nın məlumatına görə, bunu bugün Mərkəzi Seçki Komissiyasında jurnalistlərə açıqlamasında ombudsman Elmira Süleymanova deyib.

Onun sözlərinə görə, müşahidələr aparıldı və beləcə bütün proses normal keçdi: "Biz günün sonuna qədər Bakıdakı bütün seçki dairələrindəki müxtəlif seçki məntəqələrində olduq. Bizə heç bir şikayət daxil olmadı".

O, Azərbaycanın böyük şəhər və rayonlarında da ombudsman təsisatının 45 əməkdaşının müşahidə apardığını nəzərə çatdırıb: "Deyə bilərəm ki, bizə seçkilərlə bağlı heç bir şikayət daxil olmayıb".

E. Süleymanova cəzaçəkmə müəssisələrində və hərbi hissələrdə səsvermə zamanı da heç bir pozuntu halına rast gəlmədiklərini diqqətə çatdırdı.

Qeyd edək ki, MSK-nın 115 "Qaynar Xətti"nə indiyədək 130-a yaxın sorğu xarakterli müraciət daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə