Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzi Milli Məclisə keçirilən seçkilərin saat 19:00-a olan son nəticələri açıqlayıb. SİA-nın məlumatına görə, mərkəzin müdiri Rüfət Gülməmmədov kütləvi informasiya vasitələrinin diqqətinə çatdırıb ki, saat 19:00-dək seçicilərin 2897188 nəfəri səsvermədə iştirak edib.
Mərkəz rəhbərinin sözlərinə görə, saat 19:00-a olan nəticələrə əsasən, ölkə üzrə seçici fəallığı 55,7 faiz təşkil edib.
Qeyd edək ki, səsvermənin başlandığı saatdan indiyə qədər qanun pozuntuları ilə bağlı MSK-ya heç bir müraciət daxil olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB