Tərtər rayonunda seçkilər uğurla davam edir. SİA-nın məlumatına görə, parlament seçkiləri seçki dairəsinin 38 məntəqəsində keçirilir. Məntəqələrdə seçkilərin azad, ədalətli, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb, 8 məntəqədə veb-kamera quraşdırılıb. Dairə üzrə seçicilərin ümumi sayı 37601 nəfərdir. Səsvermənin gedişini 443 müşahidəçi izləyir. Dairə üzrə 6 nəfər namizəd deputatlıq uğrunda mübarizə aparır.
Tərtər şəhər mədəniyyət evinin binasında yerləşən 1 saylı məntəqədə də seçkilər yüksək səviyyədə keçirilir. Burada səsvermə hüququ olan 1401 nəfər seçici var. Onlar səhər saat 8-dən etibarən məntəqəyə gəlir, istədikləri namizədə səs verirlər.
Tərtər rayonunda 95 saylı seçki dairəsi üzrə seçicilərin 644 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edən gənclərdir. 955 nəfərinin yaşı 80-100 arası, 22 nəfərin yaşı isə 100-dən yuxarıdır. Rayonun ən yaşlı seçiciləri 117 yaşlı Minə Əliyeva və 115 yaşlı Gövhər Almuradovadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB