Cənub bölgəsində Milli Məclisə seçkilər seçicilərin fəallığı ilə keçir. SİA-nın məlumatına görə, Cənub bölgəsində fəaliyyət göstərən 12 seçki dairəsinin ərazisində yerləşən bütün seçki məntəqələrində yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə seçkilərə səhər saat 8-də start verilib.
Dairə üzrə 39 min 696 seçici 37 seçki məntəqəsində 5 nəfər deputatlığa namizədə səs verəcək. Seçkilərin gedişini 237 müşahidəçi izləyir.
68 saylı Cəlilabad kənd seçki dairəsində isə 39 min 950 seçici 34 seçki məntəqəsində dairə üzrə qeydə alınmış 6 nəfər deputatlığa namizəddən ən layiqlisinə səs verəcək. 224 nəfər müşahidəçinin iştirak etdiyi seçkilərdə 434 nəfər ilk dəfə səs verəcək.
69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsində 38 min 914 seçici 35 məntəqədə 389 nəfər müşahidəçinin iştirakı ilə 8 nəfər deputatlığa namizədə səs verəcək. 634 nəfər səsvermədə ilk dəfə iştirak edəcək.
70 saylı Masalı şəhər seçki dairəsində 39 min 287 seçici qeydə alınıb. Seçicilər dairənin ərazisində yerləşən 43 seçki məntəqəsində 5 deputatlığa namizədə səs verəcək. Onlardan 794 nəfəri ilk dəfə səs verənlərdir. Səsvermənin gedişini 491 müşahidəçi izləyir.
71 saylı Masallı kənd seçki dairəsində adları seçici siyahısına daxil edilmiş 33 min 626 nəfər 42 seçki məntəqəsində 6 nəfər deputatlığa namizədə səs verəcək. Səsvermədə 506 nəfər ilk dəfə iştirak edir.
72 saylı Yardımlı-Masallı seçki dairəsində 39 min 338 nəfərin adı seçici siyahısına daxil edilib. Onlar dairənin ərazisində yerləşən 82 seçki məntəqəsində 6 deputatlığa namizədə səs verəcək. Dairə üzrə 948 müşahidəçi, o cümlədən 1 nəfər MDB üzrə qeydə alınıb. 610 nəfər ilk dəfə səsvermədə iştirak edir.
73 saylı Lənkəran şəhər seçki dairəsində 35 min 133 nəfərin adı seçici siyahısına daxil edilib. Seçicilər 28 seçki məntəqəsində qeydə alınmış 6 deputatlığa namizədə səs verəcək. Səsvermənin gedişini 550 müşahidəçi izləyir. Dairə üzrə ilk dəfə səs verənlərin sayı 550 nəfərdir.
74 saylı Lənkəran kənd seçki dairəsi üzrə adları seçici siyahısına daxil edilmiş 34 min 629 seçici 39 seçki məntəqəsində dairə üzrə qeydə alınmış 5 deputatlığa namizədə səs verəcək.
75 saylı Lənkəran-Masallı seçki dairəsində 38 min 419 nəfərin adı seçici siyahısına daxil edilib. Onlardan 475 nəfəri ilk dəfə səs verənlərdir. Seçicilər dairədə yaradılmış 41 seçki məntəqəsində 5 deputatlığa namizədə səs verəcək.
76 saylı Lənkəran-Astara seçki dairəsində 37 min 624 nəfər seçici 45 seçki məntəqəsində 5 deputatlığa namizədə səs verəcək. Seçicilərin 16 min 948 nəfəri Lənkəran, 20 min 676 nəfəri Astara sakinləridir.
77 saylı Astara seçki dairəsində 38 min 712 nəfərin adı seçici siyahısına daxil edilib. Onlardan 595 nəfəri ilk dəfə səs verəcək. Dairə üzrə 460 müşahidəçi, o cümlədən bir nəfər xarici müşahidəçi qeydə alınıb.
78 saylı Lerik seçki dairəsində 30 min 487 seçici 108 seçki məntəqəsində dairə üzə qeydə alınmış 6 deputatlığa namizədə səs verəcək. Onlardan 406 nəfəri ilk dəfə səs verənlərdir. Səsvermənin gedişini 1332 müşahidəçi izləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB