Xətai rayonunda seçicilərin səsverməsi üçün məntəqələr tam tərkibdə və vaxtında fəaliyyətə başlayıb. SİA-nın məlumatına görə, rayonun ərazisində 4 seçki dairəsi və 136 məntəqə fəaliyyət göstərir. Ümumilikdə 261 mindən çox əhalisi olan Xətai rayonunda məntəqələr üzrə 170 mindən çox səsvermə hüququna malik vətəndaş qeydiyyata alınıb.
Qeyd edək ki, səsvermə prosesinin şəffaf keçirilməsi üçün seçki məntəqələrində bütün şərait yaradılıb. Məntəqələr veb-kameralarla təmin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB