Seçicilər səsvermə günü Milli Məclisdə 4 yer uğrunda mübarizə aparacaq 25 namizəd arasından deputatını seçəcək. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, 24 mülki və 2 qapalı məntəqədə ümumlikdə 33768 seçicinin səsverəcəyi 37 saylı Dairə Seçki Komissiyasının 10 məntəqəsində seçkiləri canlı izləmək imkanı olacaq. 42092 seçicini 24 mülki və 1 qapalı məntəqədə qeydiyyatının aparıldığı 38 saylı Dairə Seçki Komissiyası hazırlıq səviyyəsinə gətirilib.
Məntəqlərdə 10 veb kamera sazlanıb, kabinələr, daşınan və daşınmaz qutular həmçinin bütün lazımı avadanlıqlar təmin olunub. Ümumilikdə 33 məntəqədə 41038 seçicini əhatə edən 39 saylı DSK-da da seçkilərin şəffa və demokratik keçirilməsi üçün bütün lazımı işlər görülüb. Məntəqlər texniki ləvazımatlara təmin olunub, 9 veb kamera işlək vəziyyətə gətirilib. Gəncədə sayına görə, ən böyük mülki məntəqəni özündə birləşdirən 40 saylı DSK-da səsvermə günü 41874 seçicinin iştirakı gözlənilir. Dairənin məntəqlərində seçkilərin keçirilməsi üçün hazılrıq işləri aparılıb. Səsverməni 30 məntəqədən 11-də quraşdırılan veb kamera vasitəsi ilə də izləmək mümkündür. Xatırladaq ki, 1 noyabr milli məclisə keçiriləcək seçkilər Gəncənin 107 məntəqsində baş tutacaq ki, burada da 158 min 772 seçinin səsverəcəyi gözlənilir. Məntəqlərdə isə səsverməni müxtəlif siyası partıyaları təmsil edən 1000-dən arıtq müşahidəçi izləyəcək.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB