YAP Oğuzda təbliğat-təşviqat kompaniyasını uğurla başa çatdırıb

YAP Oğuzda təbliğat-təşviqat kompaniyasını uğurla başa çatdırıb

Yeni Azərbaycan Partiyasının (YAP) 1 noyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat kampaniyası "Yeni Hədəflərə doğru" şüarı ilə davam etdirilir. 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Aqiyə Həbib qızı Naxçıvanlının Oğuz rayonu Xaçmaz, Kərimli, Filfilli kəndindən olan seçicilərlə növbəti görüşü keçirilib.

233 nəfər seçicinin iştirak etdiyi görüşü YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov açaraq Aqiyə Naxçıvanlının fəaliyyəti barədə məlumat verib. Saleh Məhərrəmov seçicilərə bildirib ki, mövcud inkişafa nail olmağımızda Ulu Öndər Heydər Əliyevin nurlu ideyaları ilə silahlanmış və möhtərəm Prezidentimizin Sədri olduğu YAP-ın da böyük rolu vardır: "Məhz bu səbəbdən də hər bir seçici YAP-ın namizədinə Aqiyə Naxçıvanlıya dəstək verməklə yeni inkişafa, sosial-rifaha səs vermiş olur. İnanıram ki, siz müdrik seçicilər bu amilləri həmişə olduğu kimi, bu dəfə də nəzərə alaraq YAP-ın namizədlərinin qələbəsini təmin edəcəksiniz".

Görüşdə deputatlığa namizəd Aqiyə Naxçıvanlının vəkilləri iqtisad elmlər namizədi Seyidməmməd Quliyev və Emin Əzimli çıxış edərək Aqiyə Naxçıvanlının fəaliyyəti haqda ətraflı danışıb və 1 noyabrda hər kəsi YAP namizədlərinə səs verməyə çağırıblar.

Görüşdə çıxış edən seçicilərdən Xaçmaz kənd sakinləri İldırım Qocayev, İradə Səmədova və digərləri çıxış edərək deputata öz fikir və təkliflərini bildiriblər və 1 noyabrda keçirlən növbəti parlament seçkilərində də 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Aqiyə Həbib qızı Naxçıvanlıya dəstək verəcəklərini vurğulayıblar.

YAP-ın namizədi Aqiyə Naxçıvanlı tədbirin sonunda seçicilər qarşısında çıxış edərək Cənab Prezident İlham Əliyevin Prezidentliyi dövründə respublikamızda eləcə də respublikamızdan kənarda apardığı sosial-iqtisadi işlərdən geniş danışıb: "Bu gün Azərbaycanın inkişaf və tərəqqisinin əsası Ulu Öndər Heyədr Əliyevin müəyyənləşdirdiyi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə yürüdülən uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir".

Görüşün sonunda namizəd Aqiyə Naxçıvanlı görüşünə gəlmiş bütün seçicilər minnətdarlığını bildirib və qeyd edib ki, növbəti dəfə parlamentə seçilərsə bir daha seçicilərinin etimadını doğruldacağını vəd verib.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə