Nazir Baş naziri qəbul etdi

Bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov Monteneqronun Baş naziri Milo Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. SİA-nın verdiyi məlumata görə, nazir Kəmaləddin Heydərov qonağa ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat vermiş, iki ölkənin uyğun qurumları arasında əməkdaşlığın geniş perspektivləri olduğunu bildirmişdir.

Monteneqronun Baş naziri Milo Cukanoviç, öz növbəsində, bildirmişdir ki, bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması sahəsində də Azərbaycanla əməkdaşlığın böyük potensialı vardır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə