16 saylı Yasamal ikinci seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülmüş Mustafayeva Aytən İnqlab qızı seçicilərlə növbəti görüşünü keçirib. SİA-nın məlumatına görə, görüşdə elm adamları, ziyalılar, müəllim və ictimaiyyət nümayəndələri iştirak edib.
Deputatlığa namizədin vəkili Aidə Bəndəliyeva namizədin ictimai-siyasi fəaliyyəti haqqında seçicilərə ətraflı və geniş məlumat verib. A.Bəndəliyeva bildirib ki, Yasamal rayon sakinləri Milli Məclis üzvlüyünə namizəd Aytən Mustafayeva barəsində çox müsbət fikirdədirlər: "Mustafayeva Aytən İnqlab qızı millət vəkili olduğu illərdə verdiyi sözü əməli işlərilə yerinə yetirdiyi üçün bu gün də bir namizəd kimi, seçicilərin etimadını, rəğbətini qazana biləcəyinə əmindirlər. Çünki o, geniş həyat təcrübəsinə malik olmaqla yanaşı, həm də yüksək mədəniyyəti, xoş rəftarilə seçilir. Seçicilər bunu çox yüksək qiymətləndirirlər".
Deputatlığa namizəd Aytən Mustafayeva çıxışı əsnasında keçirilən görüşlərdə seçicilərin kütləvi iştirakından məmnun qaldığını bildirib. O, qeyd edib ki, bu seçkidə inamlı qələbə əldə edəcəyinə inanır: "Mən üzərimə düşən məsuliyyəti çox yaxşı dərk edirəm. Növbəti dəfə millət vəkili seçiləcəyim təqdirdə, platformamda nəzərdə tutduğum hədəflərə çatmaq üçün lazımi səy göstərəcək, ləyaqətlə çalışacağam".
Namizəd görüşdə seçicilərin yüksək fəallığından razı qaldığını deyib. O, parlament seçkiləri ərəfəsində seçicilərlə hər bir namizəd arasında fəal ünsiyyətin, ciddi müzakirələrin çox vacib olduğunu söyləyib.
Seçicilər namizədin çıxışını böyük maraqla dinləyiblər. Onlar Milli Məclis üzvlüyünə namizəd Mustafayeva Aytən İnqlab qızının onların etimadını doğruldacağına əmin olduqlarını və seçkilərdə namizədi dəstəkləyəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB