"Ermənistan “oldu-bitdi” vəziyyəti yaratmağa çalışır” Açıqlama

"Ermənistan “oldu-bitdi” vəziyyəti yaratmağa çalışır” Açıqlama

"Ermənistan müzakirələrdən qaçır, prosesi uzadır və "oldu-bitdi" vəziyyəti yaratmağa çalışır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, professor Musa Qasımlı ATƏT-in Minsk qrupunun ABŞ üzrə həmsədri Ceyms Uorlikin Azərbaycan və Ermənistan prezidentlərin görüşəcəyi ilə bağlı səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.

O bildirib ki, həmsədrlər ATƏT-in Minsk qrupunun mandatı çərçivəsində fəaliyyət göstərməli və Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışmalıdırlar: "Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri Minsk qrupunun mandatını və fəaliyyətini əvəz edə bilməz. Çünki əgər tərəflər münaqişəni özləri həll edə bilsəydilər, onda heç Minsk qrupuna ehtiyac olmazdı. Azərbaycan ərazilərini işğal edən təcavüzkar Ermənistan münaqişənin dinc siyasi vasitələrlə həllində maraqlı deyildir. Ona görə də onlar müzakirələrdən qaçır, prosesi uzadır və "oldu-bitdi" vəziyyəti yaratmağa çalışırlar".

Musa Qasımlının fikrincə, münaqişənin indiyədək həll edilməməsinin və yaranmış ağır vəziyyətin bütün məsuliyyəti Minsk qrupunun və Ermənistanın üzərinə düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə