60 saylı Salyan-Neftçala seçki dairəsində namizədliyi qeydə alınmış Ağayev İsmayıl Bəşir oğlunun Salyanın Pambıq kəndində seçicilərlə növbəti görüşü keçirilib. SİA-nın məlumatına görə, yüzə yaxın kənd sakini namizədlə görüşə qatılıb.
Görüşü giriş sözü ilə açan namizədin vəkili, pedaqoq Gülayə Tağıyeva namizədin ictimai-siyasi fəaliyyəti haqqında seçiciləri məlumatlandırıb. Daha sonra çıxış edən Beynəlxalq Diaspor Mərkəzinin Rusiya nümayəndəliyinin rəhbəri Natiq Bədəlov İsmayıl Ağayevin uğurla apardığı diaspor fəaliyyəti haqqında seçicilərə məlumat verib. Seçicilər adından isə kənd sakini İsgəndər Cəfərov çıxış edərək, deputatlığa namizəd İsmayıl Ağayevə uğur arzulayaraq 1 noyabr Parlament seçkilərində Qarabağlı camaatının fəal olaraq seçkiyə gələcəyini və doğru seçim edəcəklərini bildirib. Sonda çıxış edən namizəd İsmayıl Ağayev Pambıqkənddə yaşan sakinlərə seçiləcəyi halda həyata keçirəcəyi proqramlarla bağlı seçicilərə məlumat verib.
Vətəndaşlar İsmayıl Ağayevlə onları narahat edən məsələlərlə bağlı fikirlərini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB