Sahibkarlığın inkişafı modern mərhələdə

NƏRİMAN ƏLİYEV, millət vəkili
Sahibkarlığın inkişafı modern mərhələdə

Bu gün Azərbaycan beynəlxalq aləmdə dinamik iqtisadi inkişafa malik ölkə kimi tanınmaqla yanaşı, eyni zamanda investisiya cəlbediciliyi baxımından da öndədir. Ölkə Prezidenti İlham Əliyevin "Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır" prinsipinə uyğun olaraq, Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu sahənin daima diqqət mərkəzində saxlayan ölkə Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışında da sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların sayının, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların isə cəzalandırılacağını bildirmişdir.

Onu da vurğulamaq istərdim ki, Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib və artıq Milli Məclis bu qanunu təsdiq edib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Eyni zamanda lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzlərində verilməsi nəzərdə tutulub.

Xüsusi olaraq vurğulamaq istərdim ki, Prezidentin sözügedən Fərmanı oliqarxlaşmış məmurlara, vəzifəyə xalqa xidmət yox, şəxsi məqsədlərini həyata keçirmək vasitəsi kimi baxan məmurlara böyük zərbədir. Cənab Prezidentin dəfələrlə etdiyi xəbərdarlıqdan nəticə çıxarmayan məmurlar nəhayət anladılar ki, vəzifədə olmaq üstünlük deyil. Ölkə başçısı hər dəfə olduğu kimi, bu dəfə də sahibkarların tərəfini tutdu. Onlara imkan yaratdı ki, həm özləri gəlir əldə edə bilsinlər, həm işçi heyətini saxlaya bilsinlər, həm də ölkə iqtisadiyyatının inkişafına təkan versinlər.

Hər zaman sahibkarların yanında olan və onlara öz siyasi dəstəyini nümayiş etdirən dövlət başçısının imzaladığı son sənədləri bir daha sahibkarlığın inkişafında modern mərhələnin başlaması barədə anonsun reallaşması kimi də qiymətləndirmək olar. Bu, həmçinin sahibkarlarla dövlət qurumları arasında ünsiyyətin minimumlaşdırılmasına və yersiz müdaxilələrin tamam aradan qaldırılmasına səbəb olacaq. Bütövlükdə, bu, sahibkarlıq sferasında artıq yeni, liberal və sivil münasibətlərin formalaşması deməkdir. Həmçinin, lisenziyaların verilməsinin "ASAN xidmət"ə həvalə edilməsi sahibkarlara heç bir süründürməçilik və əlavə xərclər olmadan bütün növ lisenziyaları almaq imkanı verəcək. Həmçinin, sahibkar dövlət qarşısında məcburi öhdəliklərini yerinə yetirməklə, o cümlədən dəqiq hesablanmış vergilərilyersiz müdaxilələrin tamamilə aradan qaldırılması sahibkarlara vəsaitlərə qənaət etməyə imkan verməklə yeni iş yerlərinin sayını artırmağa şərait yaradacaq.

Beləliklə, son islahatlar bir daha onu təsdiqləyir ki, ölkəmizdə dayanıqlı iqtisadi artım tempinin qorunub saxlanılmasına imkan verəcək. Ölkə Prezidentinin də qeyd etdiyi kimi, 2016-cı il iqtisadi baxımdan asan il olmayacaq. Qlobal və regional çətinliklərlə müşahidə edilən dünya bazarında strateji məhsulların aşağı olaraq qalmaqdadır. Yalnız iqtisadi deyil, həmçinin siyasl faktorlar ilə müəyyənləşdirilən enerji məhsullarının qiyməti ilə bağlı proqnozlar, hələlik nikbin deyil. Eyni zamanda, region ölkələrində iqtisadi inkişaf səviyyəsində kəskin durğunluq müşahidə edilir. Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artım ilə bağlı gələnilki proqnozlarına düşəliş edərə 3,7 faizdən 3,1 faizədək azaltdı. MDB məkanından gələn cəmi 0,3 faiz artım proqnozlaşdırılıb. Buna rəğmən 2016-cı ildə 1,8 faiz artım proqnozlaşdırılan ölkəmizdə ÜDM-dəki artım Avropa üçün orta göstəricidən də çox olacaq. 2016-cı il də daxil olmaqla növbəti illərdə dayanıqlı iqtisadi inkişaf tempi birbaşa sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi hesabına baş verəcək. Artıq qeyri-neft sektoru iqtisadiyyatın lokomotivinə çevrilib. Bu isə o deməkdir ki, növbəti illərdə də Azərbaycan qlobal və regional çətinliklərin, o cümlədən neftin dünya bazar qiymətinin aşağı səviyyədə qalmasının təsirlərindən sığortlana biləcək.

İnanırıq ki, bəzi sahibkarlar da ölkə başçısının etimadından sui-istifadə etməyəcək, vergiləri vaxtlı-vaxtında ödəyəcək, Prezidentin qayğısını şəxsi üstünlük kimi qəbul etməyəcəklər.

Beləliklə, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasəti nəticəsində bu ölkədə sahibkarlar sinfi bundan sonra daha da güclənəcək, müstəqil Azərbaycanın dayanıqlı iqtisadiyyatının möhkəm təməllər üzərində formalaşmasına imkan verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə