Yeni Azərbaycan Partiyası 51 saylı Qusar Seçki Dairəsindən Milli Məclisə deputatlığa namizədi Badamov Azər Camal oğlunun rayonun Yuxarı Qələnxur, Nəcəfkənd və Yuxarı Zeyxur kənd seçicilərilə görüşləri keçirilib.
Görüşlərdə Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov çıxış edərək bildirib ki, partiyanın təbliğat-təşviqat kampaniyası uğurla davam etməkdədir. Parlament seçkilərinin hər bir ölkənin həyatında oynadığı rolun böyük əhəmiyyət daşıdığını bildirən D.İbramxəlilov vurğulayıb ki, xalqın iradəsinə əsaslanan seçkilərin nəticələri hər zaman Azərbaycan vətəndaşlarının ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına böyük dəstək olduğunu nümayiş etdirir. O, 1 noyabr tarixində keçiriləcək parlament seçkilərində seçiciləri fəal olmağa, partiyanın namizədi Azər Badamova səs verməyə dəvət edib.
Seçicilərlə keçirilən görüşlərdə çıxış edən partiyanın namizədi Azər Badamov özünün seçki platforması haqqında geniş məlumat verərək, onunla görüşə gəlmiş bütün seçicilərinə təşəkkürünü bildirib. O, daha sonra ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurlu nəticələrindən danışaraq, əsası Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin davam etdirdiyi siyasi kurs nəticəsində ölkəmizin dinamik inkişaf etdiyini və çox böyük uğurların qazanıldığını diqqətə çatdırıb.
Azər Badamov onu da bildirib ki, millət vəkili seçiləcəyi təqdirdə, seçicilərinin ona göstərdiyi etimadı doğruldacaq. O, 1 noyabrda keçiriləcək seçkilərdə daha fəal olmağı seçicilərə tövsiyə edib.
Azər Badamov görüşlərdə seçicilərin dinləyərək, onları maraqlandıran sualları cavablandırıb.
Görüşlərdə çıxış edən seçicilər birmənalı olaraq 1 noyabr tarixdə keçiriləcək seçkilərdə YAP-ın namizədi dəstəkləyəcəklərini bildiriblər.
NƏZAKƏT
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB