Mərkəzi Seçki Komissiyasının (MSK) təqdim etdiyi Təqvim Planına uyğun olaraq hər il olduğu kimi bu il də dairə seçki komissiyalarının məsləhətçi operatorları (komputer mütəxəssisləri üçün) treninqlər təşkil edilib. Artıq ötən gündən etibarən bu treninqlər həyata keçirilir.
SİA-nın məlumatına görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu treninqlər iki növbədə həyata keçirilir: "Bildiyiniz kimi, 125 dairə mövcuddur. Praktiki seminarın keyfiyyəti ondan ibarətdir ki, burada azsayda iştirakçı olsun ki və onlar məlumatları daha yaxşı mənimsəsinlər. Bu baxımdan da biz onları qrupa bölmüşük. Ötən gün artıq iki qrup praktik olaraq bu seminarı müvəffəqiyyətlə keçib və öz iş yerlərinə qayıdıblar. Bu gün isə artıq üçüncü qrup praktik seminarlara başladı. Burada əsas məqsəd seçki günü istifadə edəcəkləri proqram modullarını daha yaxşı mənimsəmək, onları maraqlandıran suallara yerindəcə cavab vermək və praktik olaraq test rejimində bu proqramlardan istifadə etməkdir. Onlarb buna hazır olduqdan sonra məlumatlar operativ olaraq seçki günündə informasiya mərkəzinə və MSK-nın konfrans zalından ictimaiyyətə hesabat saatlarında çatdırılmalıdır. O cümlədən seçkilər başa çatdıqdan sonra seçkilərin ilkin nəticələri ictimaiyyətə vaxtında çatdırılsın".
R.Gülməmmədov deyib ki, burada əsasən üç proqram modulu önəm daşıyır: "MSK-nın təsdiq etdiyi təlimata uyğun olaraq DSK-da nəzarət qrupları yaradılıb. Bu nəzarət qrupları məntəqələrdən daxil olan rəqəmləri MSK-nın mərkəzi serverinə qoşulmuş komputerlərə daxil edilib. Həmin məlumatlar komputerə daxil edilir, çap olunaraq əsli ilə yoxlanılır və nəzarət qrupu tərəfindən təsdiq edilir, mərkəzi serverə ötürülür. Nəzarət qrupu formalaşdırılmasa, o zaman dairələr seçici fəallığı və protokol bölməsinə onların girişi qadağan olunur. 5 hesabat (10:00, 12:00, 15:00, 17:00, 19:00) saatının ayrıca hər bir bölməsi var".
Sonda treninq sual-cavab formasında davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB