Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, bugünkü iclasda noyabrın 1-də keçiriləcək parlament seçkilərində "exit-poll" keçirmək istəyən daha bir təşkilat qeydiyyata alınıb. Həmçinin də "RƏY" Monitorinq Mərkəzinin MSK-ya müraciətinə baxılıb.
MSK sədrinin müavini Natiq Məmmədov təşkilatla bağlı məlumat verib. N.Məmmədov bildirib ki, təşkilat 118 seçki dairəsi üzrə "exit-poll" keçirmək niyyətindədir.
Müzakirələrin yekununda məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, MSK bundan əvvəl 3 təşkilatı - "ELS" Müstəqil Araşdırmalar Mərkəzini, Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiəsi Mərkəzini, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasını qeydə alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB