Dövlətimizin başçısı Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun ölkəmizə səfərinin ənənəvi qardaşlıq əlaqələrinin müzakirəsi üçün yaxşı imkan yaratdığını vurğuladı. Ölkəmizlə Rusiya Federasiyası Dağıstan Respublikası arasında əlaqələrin region üçün, bütövlükdə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından çox əhəmiyyətli olduğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, dövlətlərarası ikitərəfli münasibətlər möhkəmləndikcə, Azərbaycan-Dağıstan ənənəvi əlaqələri daha da güclənir. Ramazan Abdulatipovu və bütün dağıstanlıları Dərbənd şəhərinin iki min illik yubileyinin yüksək səviyyədə keçirilməsi münasibətilə təbrik edən dövlətimizin başçısı bunun region üçün çox böyük hadisə olduğunu dedi. Prezident İlham Əliyev yubiley tədbiri zamanı Azərbaycanla bağlı, xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyev və görkəmli dövlət xadimi Əziz Əliyev haqqında dediyi səmimi sözlərə və Əziz Əliyevə Dağıstanda abidə ucaldılmasına dair qəbul edilən qərara görə Ramazan Abdulatipova minnətdarlığını bildirdi.
Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin iyunda ölkəmizə səfəri zamanı da bunu bir daha təsdiqlədiyini diqqətə çatdırdı. Dövlət başçıları arasında mütəmadi keçirilən yüksək səviyyəli görüşlərin önəmini qeyd edən Prezident İlham Əliyev bu yaxınlarda Vladimir Putinlə Qazaxıstanda görüşdüyünü məmnunluqla xatırladı və uğurla inkişaf edən Azərbaycan-Rusiya münasibətlərini regionda sabitliyin təminatı kimi dəyərləndirdi. Əməkdaşlıq potensialının genişləndirilməsi məsələsinə toxunan dövlətimizin başçısı Rusiya Federasiyasının regionları, xüsusilə Dağıstan Respublikası ilə əlaqələrin iqtisadi, investisiya qoyuluşu, humanitar və digər sahələrdə daha da inkişaf etdirilməsinin önəmini vurğuladı.
Azərbaycanla Rusiya Federasiyasının Dağıstan Respublikası arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayan Ramazan Abdulatipov bu əlaqələrin inkişafında Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında mövcud olan səmimi münasibətlərin əhəmiyyətini qeyd etdi. Dövlət başçılarının vaxtaşırı olaraq görüşdüklərini vurğulayan Ramazan Abdulatipov özünün Rusiya Prezidenti ilə görüşləri zamanı da Vladimir Putinin Azərbaycanla əlaqələrin inkişafı ilə hər dəfə yaxından maraqlandığını və ölkəmizlə ən xoş və fəal münasibətlərin genişləndirilməsi ilə bağlı tövsiyələr verdiyini dedi. O, Azərbaycanın müxtəlif regionları ilə də əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirdi.
Dərbənd şəhərinin iki min illik yubileyinə toxunan Ramazan Abdulatipov xalqlarımızın əsrlər boyu bir yerdə yaşadığını vurğulayaraq birgə tariximizin böyük əhəmiyyət daşıdığını dedi. Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Azərbaycan Prezidentinin göstərişi ilə Dərbənd şəhərində yüksək keyfiyyətlə həyata keçirilən abadlıq və quruculuq işlərinin də böyük razılıqla qarşılandığını bildirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



