Ukrayna hakimiyyəti üçün ağır məsələ MÜNASİBƏT

Ukrayna hakimiyyəti üçün ağır məsələ MÜNASİBƏT

"Bu məsələ artıq bir müddətdir gündəmdədir. Məlumdur ki, Polşada qeydiyyatdan keçən "Restitusiya Kresov" adlı təşkilat Qərbi Ukraynanın bir neçə əyalətlərində İkinci Dünya müharibəsi vaxtı itirilmiş torpaqları və əmlakı geri, öz sahiblərinə qaytarmaq üçün səy göstərir. Bununla əlaqəli əsas istinad edilən sənəd 2014-cü ildə Ukrayna və Avropa İttifaqı arasında imzalanmış müqavilədir". Bunu SİA-ya politoloq Arzu Nağıyev Polşa prezidenti Andrey Dudanın Ukraynaya qarşı torpaq iddiası ilə çıxış etməsinə münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, yüzlərlə polşalı sözügedən müqavilədən istifadə edib öz əmlaklarını qaytarmaq üçün sənəd toplayırlar və ya əvəzinə kompensasiya almaq istəyirlər: "Bu isə Ukrayna hakimiyyəti üçün ağır məsələyə çevrilə bilər. Çünki tək Polşa deyil, Macarıstan və digər Avropa İttifaqına daxil olan dövlətlər də bu iddia ilə çıxış edə bilərlər. Bundan əvvəl də bir sıra Avropa dövlətlərində belə hallar olub və öz müsbət həllini tapıb . Düşünürəm ki, burada Rusiyanın heç bir rolu ola bilməz, çünki sənədlər əsasən Avropa İttifaqı ilə bağlıdır və əsasən Qərbi Ukrayna əraziləridir. Ona görə də bu məsələ Rusiyanın Polşa vasitəsilə Ukraynaya təzyiq göstərmək cəhdi kimi qəbul edilə bilməz".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə