"Bütün gücümlə sizin etimadınızı doğrultmağa çalışacağam" FOTOLAR
Noyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədlikləri irəli sürülən şəxslərin təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlər uğurla davam etdirilir. Dünən belə görüşlərdən biri də YAP tərəfindən 70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən Əliyev Nəriman Əlibala oğlu ilə rayonun Həsənli kəndinin seçiciləri arasında olub.
.jpg)
Görüşü giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Masallı rayon şöbəsinin sədri Seyfəddin Əliyev son on ildə Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çoxsaylı uğurların əldə olunduğunu bildirib: "Qazanılan uğurları, inkişafı bütün sferalarda açıq-aydın hiss etmək olur. Ölkəmiz son illərdə çox böyük layihələrə imza atıb və bu uğurlarda YAP iqtidarının, birbaşa olaraq partiyanın Sədri cənab İlham Əliyevin böyük əməyi və əzmkarlığı dayanır. İnanıram ki, əldə olunan bu uğurları göz önündə tutan Azərbaycan xalqı yenə də öz doğru seçimini edərək, gələcəkdə də uğurlar davamlı olması üçün YAP-ın namizədlərini dəstəkləyəcək".
.jpg)
Həsənli kənd sakini, veteran YAP üzvü Əliağa Hüseynov, Vəli Vəlişov və Nazilə Hüseynova öz çıxışlarında Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Nəriman Əliyevin layiqli namizəd olduğunu qeyd edərək seçk günü yekdilliklə ona səs verəcəklərini bildiriblər.
.jpg)
Daha sonra çıxış edən prezident təqaüdçüsü, YAP Masallı rayon təşkilatı Seçki Qərargahının üzvü Məmmədhüseyn Hüseynov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının cənab Prezident İlham Əliyev tərəfindən bu gün böyük uğurla davam etdirildiyini vurğuladı: "Məhz bu uğurlu idarəetmə və siyasətin nəticəsidir ki, Azərbaycan bu gün dünyanın inkişaf etmiş ölkəri sırasında yer alaraq regionun lider dövlətinə çevrilib.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 70 saylı Masallı şəhər seçki dairəsi üzrə deputatlığa namizəd olan Nəriman Əliyev bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən mükəmməl strategiya nəticəsində Azərbaycan yüksək sürətlə inkişaf edən ölkələr sırasına daxil olub. Bu inkişaf özünü ölkəmizin hər bir regionunda açıq şəkildə göstərir. Daha sonra seçicilərin etimadını qazanıb millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlər haqqında da məlumat verən Nəriman Əliyev çıxışını belə yekunlaşdırıb: "Parlament üzvünün vəzifələri qanunlarla müəyyənləşib. Deputatların əsas vəzifəsi qanun yaradıcılığı işi ilə məşğul olmaqdır. Amma seçicilərin dəstəyi ilə parlamentə seçilən şəxs həmin insanların problemləri ilə maraqlanmağa və həllinə çalışmağa borcludur. Mən də sizi əmin edirəm ki, bütün gücümlə sizin etimadınızı doğrultmağa çalışacağam. Hamınızı noyabrın 1-də seçki məntəqələrinə gələrək YAP-ın namizədinə səs verməyə çağırıram".
Sonda kənd sakinləri mövcud problemlər barədə namizədə məlumat verib, təkliflər irəli sürüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB