Adil Əliyevdən Aslan İsmayılova sillə kimi cavab

“Aslan İsmayılovun debat fikri blefdən başqa bir şey deyil”
Adil Əliyevdən Aslan İsmayılova sillə kimi cavab

"Seçki təbliğatım uğurla davam edir. Yüzlərlə tərəfdarım istər açıq havada ola tədbirlərimə, istərsə də qapalı tədbirlərə qatılır, uğurlar arzu edirlər. Bu baxımdan da parlament seçkilərində qələbəmə zərrə qədər də şübhəm yoxdur". SİA-nın məlumatına görə, bu fikirləri noyabrın 1- də keçiriləcək Milli Məclisə seçkilərə Nərimanov rayonu ikinci seçki dairəsindən namizədliyini irəli sürən Adil Əliyev deyib

Adil Əliyev qeyd edib ki, onunla eyni dairədən namzidliyini irəli sürən bir qismi də anlayaraq 3 nəfər artıq namizədliyini geri götürüb: "Bunlardan biri də Aslan İsmayılovdur. Bu şəxs namizədliyini geri götürdükdən sonra özündən "qəhrəman" obrazı yaratmaq məqsədilə görüntülü müraciət yayıb və indiyə qədər keçirilən bütün seçkilərin saxtalaşdırıldığını iddia edib. Bu adamın özü də etiraf edir ki, 1995-ci ildən bu yana bütün seçkiləri uduzub. Uduzmağı qalsın bir tərəfdə. Bu adam başqalarının da qələbəsinə kölgə salır. Niyə bu qədər əsəbi olduğu aydındır. 4 seçkidə iştirak edib və hamısında da məğlub olub. Aslan İsmayılov video görüntüsündə böyük bir sirrinin də üstünü açıb. Sən demə, qatıldığı seçkilərdə onun məqsədi millət vəkili seçilmək deyilmiş, "seçkilərin saxtalaşdırıldığını" seçicilərə göstərmək və televiziyada çıxış etmək imiş. Adamdan soruşmazlarmı, doğru-dürüst seçkidə nə zaman iştirak etdin ki, indi də "saxtalaşdırmadan" danışırsan? Yəni bütün bu faktlar bir daha onu göstərir ki, bu şəxsin məqsədi seçkidə fəal iştirak, seçicilərlə canlı ünsiyyət qurub mübarizə etmək olmayıb. Seçkidə namizədliyini irəli sürməklə sadəcə özünü bu yolla cəmiyyətə bir az daha "tanıtdırmaq" olub. Seçki təbliğatı dövrünün yarısı artıq arxada qaldı. Amma Aslan İsmayılov bir dəfə olsun seciçillərlə görüş keçirmədi. Belə olan halda seçicilər niyə ona səs verməli idi ki? Bunu onun özü də yaxşı anlayır, yalnız etiraf etməyə gücü çatmır. Deyir ki, 2010-cu ilin seçki nəticələrindən şikayətinə Avropa Məhkəməsində baxılır və oradan cavab gözləyir. Cavabı çox gözləməli olacaq. Çünki elə öz yaxın ətrafının da etiraf etdiyi kimi 2005-ci ildə olduğu kimi 2010-cu il seçkisini də Adil Əliyev udub. Bundan başqa o müraciətində televiziyadan da danışıb. Guya televizyada debata imkan verilsəydi seçicilərə nəsə "yeni fikir" çatdıracaqmış. Televizyada debata qatılmaq istəyən şəxs bunu 2010-cu ildə edərdi. Mən həmin debata qatıldım, o isə həmin vaxt Amerikaya getməyə üstünlük verdi. Demək ki,onun debat fikri də blefdən başqa bir şey deyil. Bu ilki parlament seçkilərində İctimai Televiziyada debatın olmayacağı bəlli idi. Bu hamıya məlum idisə, onun "mən seçkiyə İctimai Televiziyada çıxışa görə qatıldım" fikri başdan ayağa yalandır. Aslan İsmayılovun seçkidə namizədliyini geri götürməsinin bir səbəbi var. O budəfəki seçkidə də Adil Əliyevə böyük hesabla məğlub olacağını anladı və 3-cü dəfə bu biabırçılığı yaşamaq istəməmədi".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə