Nazirlər Dağlıq Qarabağ məsələsini müzakirə ediblər

Nazirlər Dağlıq Qarabağ məsələsini müzakirə ediblər

Bu gün Gürcüstanın xarici işlər naziri Giorgi Kvirikaşvili Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyində oılub. SİA-nın məlumatına görə, Giorgi Kvirikaşvili Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə həm təkbətək, həm də geniştərkibli görüş keçirib.

Nazirlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, eləcə də regional məsələləri müzakirə ediblər. Bununla belə qarşılıqlı əməkdaşlıq məsələləri haqqında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra hər iki nazirin birgə iştirakı ilə mətbuat konfransı keçirilib.

Qeyd edək ki, səfər sabah başa çatacaq.

Xatırladaq ki, bu Giorgi Kvirikaşvilinin xarici işlər naziri seçiləndən sonra ilk xarici rəsmi səfəridir.

Bütün xəbərlər Facebook səhifəmizdə