Kamilə Əliyevanın seçiciləri ilə görüşləri uğurlar davam edir FOTOLAR

"Biz davamlı inkişaf yolunu hər zaman diqqətlə saxlamalıyıq"
Kamilə Əliyevanın seçiciləri ilə görüşləri uğurlar davam edir FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) 111 saylı Zaqatala-Balakən Seçki Dairəsi üzrə deputatlığa namizədi Kamilə Əliyevanın rayonun 3-cü Tala kəndində seçiciləri ilə görüşü keçirilib. Görüşdə YAP Zaqatala rayon idarə heyətinin üzvləri də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilat sədri, namizədin səlahiyyətli nümayəndəsi Habil Qurbanov ümumxalq partiya olan Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Kamilə Əliyevanın həyat və fəaliyyəti barədə geniş məlumat verib. Qeyd olunub ki, hər bir vətənsevər vətəndaş kimi Kamilə Əliyeva da ölkəsinin rifahı və tərəqqisi naminə əzmlə çalışan bir insan, ictimai rəydə, cəmiyyətdə nüfuz qazanan layiqli insanlarımızdandır. O, hər bir seçicini YAP-ın namizədinə səs verməyə dəvət edib.

Sonra deputatlığa namizəd Kamilə Əliyeva seçiciləri ilə görüşündə son illərdə Zaqatala rayonunda görülən quruculuq işləri haqqında məlumat verib və bildirib ki, əldə edilən hər bir nailiyyətin əsasında Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamı, Prezident İlham Əliyev faktoru dayanır: "Biz bu faktordan faydalanaraq, ölkəmizin, regionlarımızın inkişafında yeniliklər, müasirliklər əldə edirik. Əlbəttə ki, hər bir inkişaf növbəti inkişafa stimul verir. Ona görə də biz davamlı inkişaf yolunu hər zaman diqqətlə saxlamalı, ardıcıl uğurlar əldə etməklə Vətənimizin tərəqqisi amilinə töhfələrimizi verməliyik. Millət vəkili seçilərsəm, üzərimə düşən hər bir vəzifənin öhdəsindən ləyaqətlə gələcəyimə inanır və buna söz verirəm."

Sonra namizəd kənd sakinlərinin problemlərini dinləyib, fikir və təklifləri ilə maraqlanıb. Sakinlər də, öz növbələrində vurğulayıblar ki, Yeni Azərbaycan Partiyasının namizədinə - Kamilə Əliyevaya səs verəcəklərini bildiriblər.

Görüşün sonunda Kamilə Əliyeva ilə kənd sakinləri arasında diskussiya aparılıb. O, seçicilərin ona ünvanladığı sualları cavablandırıb və platforması barədə daha əhatəli bilgilər verib. Namizəd seçiciləri 1 noyabr 2015-ci il tarixində məntəqələrə yüksək fəallıqla gəlməyə dəvət edib.

R.NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə