Bu gün Yeni Azərbaycan Partiyası tərəfindən 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsindən Milli Məclisə namizədliyi irəli sürülmüş Rauf Əliyev Pirallahı qəsəbəsində seçicilərlə görüş keçirib.
Görüşdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov və YAP Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsinin sədr müavini Əli Kərimov partiya tərəfindən parlamentə namizədliyi irəli sürülmüş Rauf Əliyevin ötən illər ərzində fəaliyyəti barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, Rauf Əliyev Milli Məclisin deputatı kimi qanunvericilik aktlarının qəbulunda hər zaman fəallığı ilə seçilmiş, eyni zamanda seçiciləri tərəfindən qaldırılmış problemlərin müsbət həlli istiqamətində səylərini əsirgəməmişdir.
Sonra millət vəkilliyinə namizəd Rauf Əliyev seçiciləri qarşısında çıxış edib. O, qeyd edib ki, seçiciləri ilə keçirdiyi hər bir görüş onda müsbət və fəxr təəssüratı yaradır. Eyni zamanda, ona növbəti dəfə etimad göstəriləcəyi təqdirdə, həmin istiqamətdəki fəaliyyətini bundan sonra da layiqincə davam etdirəcəyini vurğulayan Raif Əliyev, həmçinin bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi siyasət bu gün Onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və həmin siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
YAP-ın namizədi vurğulayıb ki, bütün regionlar və bölgələrimiz kimi, Bakının Pirallahı rayonu da uğurlu inkişaf yolundadır: "Dövlət Proqramına əsasən inşa edilən Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisini davam etdirilir və ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır, bu da əhalinin gediş-gəlişinə müsbət təsir edəcək.
Prezident İlham Əliyev Cənablarının imzaladığı Fərmana əsasən Pirallahı qəsəbəsində "Yüksək Texnologiyalar Parkı" inşa olunur, bu da rayonda işsizlik problemini qismən aradan qaldıracaq. Təbii ki, biz də bu kimi əhəmiyyətli işlərdə Cənab Prezident İlham Əliyevin ətrafında daha da sıx biləşərək, bütövlükdə Azərbaycanın tərəqqisində gücümüzü əsirgəməməliyik."
Daha sonra görüşdə çıxış edən Pirallahı rayon Ağsaqqallar Şuranın sədri Məhəmmədov Fazil, "Abşeronneft" NQÇİ-nin şöbə müdiri Şamil Kazımov və digər seçicilər növbəti seçkilərdə də Rauf Əliyevin timsalında YAP-ın namizədini birmənalı surətdə dəstəkləyəcəklərini bəyan ediblər.
Tədbirin sonunda Rauf Əliyev qəsəbənin ağsaqqalları və ziyalıları ilə müxtəlif məsələləri əhatə edən diskussiya aparıb, bir sıra məsələlər ətrafında ona ünvanlanan sualları cavablandırıb.
Rövşən NURƏDDİNOĞLU




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB