Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 70 saylı Masallı şəhər seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Əliyev Nəriman Əlibala oğlunun rayonu Yeddioymaq kəndində seçicilərlə görüşü keçirilib. Görüşü giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Masallı rayon şöbəsinin sədri Seyfəddin Əliyev son on ildə YAP-ın sədri və ölkəmizin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda çoxsaylı uğurların əldə olunduğunu bildirib. Bu uğurun, inkişafın demək olar ki, bütün sferalarda hiss olunduğunu qeyd edən natiq keçən zaman kəsiyində ümumdaxili məhsulun, sənaye və kənd təsərrüfatı, orta aylıq əmək haqqının, pensiyaların, sosial müavinətlərin artdığını, yoxsulluq səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldığını vurğulayıb. S.Əliyev Yeddioymaq kəndinin seçicilərinə müraciət edərək, bu uğurların davamlı və uzunmüddətli olması üçün hər kəsi YAP-ın ətrafında sıx birləşməyə və onun namizədlərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən Masallı rayon "Ziyalılar" cəmiyyətinin sədri Qardaş Fətullayev dövlətin inkişafında YAP iqtidarının və xüsusilə bu partiyanın sədri olan cənab İlham Əliyevin müstəsna xidmətlərindən söz açıb.
Yeddioymaq kənd sakini, müəllim Eyvaz Məcidov ölkə rəhbərinin apardığı daxili və xarici siyasəti dəstəklədiklərini qeyd edərək bir seçici kimi özünün və kənd sakinlərinin YAP-ın namizədi olan Nəriman Əliyevə səs verəcəklərini deyib.
Görüşdə çıxış edən deputatlığa namizəd Nəriman Əliyev rayonda görülmüş bir çox işlər barədə seçicilərinə məlumat verib. N.Əliyev bildirib ki, ölkə başçısı cənab Prezident İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi Masallı rayonunda da böyük işlər görülüb: "Şübhəsiz ki, bütün bunlar Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev ideyalarının və bu gün bu ideyaları layiqincə davam etdirən Prezident İlham Əliyevin apardığı uğurlu və düzgün siyasətin nəticəsidir. Bu uğurlu siyasət dövlətçiliyimizin, xalqımızın inkişafına, tərəqqisinə yönəlmişdir. Mən sizləri bundan sonra da bu amallar uğrunda dövltə, xalqa xitmət edən YAP-ın namizədlərinə səs verməyə çağırıram".
Nəriman Əliyev xüsusi olaraq vurğulayıb ki, seçicilərin etimadını qazanaraq yenidən millət vəkili seçiləcəyi təqdirdə onların bütün problemlərinin həllinə, fikir və təkliflərinin reallaşmasına daha çox səy göstərəcək.
Deputatın çıxışından sonra seçicilərlə səmimi dialoq aparıb, onların problem və təkliflərini dinləyib. Seçicilər də öz növbəsində hər zaman olduğu kimi YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB