"Xərclər smetası Hesablama Palatasının fəaliyyətini səmərəli təşkil etməyə imkan verəcək”

"Xərclər smetası Hesablama Palatasının fəaliyyətini səmərəli təşkil etməyə imkan verəcək”

Milli Məclisin plenar iclasında Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında qanun layihəsinə baxılıb. SİA-nın məlumatına görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, təklif edilən layihəyə əsasən 2016-cı ilin dövlət büdcəsində Palatanın saxlanılması üçün 3 milyon 825,5 min manat vəsait ayrılması nəzərdə tutulur: "Bu da 2015-ci ilin proqnoz göstərici ilə müqayisədə 66,6 min manat azdır. Azalma əsasən cari əsaslı malları və xidmətləri əhatə edir. Palata üzrə xərclər smetasının ümumi məbləğinin 83.3 faizi əməyin ödənilməsinə sərf edilir. Hesablama Palatasının təqdim etdiyi xərclər smetası onun fəaliyyətini səmərəli təşkil etməyə və nəzarət tədbirlərinin keyfiyyətini yüksəltməyə imkan verəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə