Milli Məclis hökumətə 6 gün vaxt verdi

Milli Məclis hökumətə 6 gün vaxt verdi

Milli Məclisdə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi yekunlaşıb. SİA-nın məlumatına görə, parlamentdə aparılan müzakirələr və səslənən təklifləri dəyərləndirmək üçün hökumətə əvvəlki illərdən daha az vaxt verilib. Belə ki, Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, deputatların əksəriyyəti seçki kampaniyasında iştirak etdiyinə görə, hökumətə 10 gün yox, 6 gün vaxt veriləcək. Onun sözlərinə görə, hökumət oktyabrın 20-dək təkliflərə baxacaq və həmin gün layihə səsverməyə çıxarılacaq.

Büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə