Elmar Məmmədyarov səfiri qəbul edib

Elmar Məmmədyarov səfiri qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov İraq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Heydər Şiyə Qubeyşi əl-Bərrakı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Xarici İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və İraq xalqları arasında tarixi və ənənəvi dostluq əlaqələrinin olduğu vurğulanıb.

Nazir Elmar Məmmədyarov 29 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Nyu-Yorkda İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri ilə iki ölkə əlaqələrin inkişafına həsr edilmiş məhsuldar görüşünü xatırladıb.

Səfir Heydər Şiyə Qubeyşi əl-Bərrak diplomatik fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə etdi. O, Bakı və Bağdad arasında açılan birbaşa hava uçuşlarının iki ölkə arasında iqtisadi-ticarət, turizm və insanlararası əlaqələrin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov səfir Heydər Şiyə Qubeyşi əl-Barraka gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Bütün xəbərlər Facebook səhifəmizdə