Xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Patrik Vialı qəbul edib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Patrik Vial Azərbaycan və BQXK arasında 20 ildə çox bir dövrü əhatə edən əməkdaşlıqdan və regional səfəri çərçivəsində Azərbaycana ilk səfərindən məmnunluğunu ifadə edərək, keçirdiyi səmərəli görüşlər barəsində məlumat verib.
Komitənin Azərbaycanda fəaliyyət istiqamətləri haqqında məlumat verən P.Vial bu xüsusda təcridxanaların şəraiti, cəbhə xəttinə yaxın ərazilərdə mülki şəxslər üzrə iş və itkin düşmüş şəxslərin taleyi kimi sahələri qeyd edib. Azərbaycanda penitensiar sistemin inkişafı və təcridxanalarda şəraitin əsaslı şəkildə yaxşılaşdırılmasını xüsusi olaraq diqqətə çatdırıb.
Əsir və itkin düşmüş şəxslərlə bağlı Azərbaycan tərəfinin narahatlıqlarını bölüşən P.Vial ailə üzvlərinin itkin düşmüş yaxınları haqqında məlumat əldə etmək hüququnu bir daha xatırlatdı. Azərbaycan və Ermənistan Prezidentlərinin 2014-cü il Paris görüşündə əldə edilmiş, itkin düşmüş şəxslər üzrə məlumatların mübadiləsini ehtiva edən razılaşmanın bu sahədə irəliləyişlərə təkan verəcəyinə ümidvar olduğunu vurğulayıb.
Nazir Elmar Məmmədyarov əsir və itkin düşmüş və girov götürülmüş şəxslərlə bağlı BQXK-in nəcib xarakterli fəaliyyətini qeyd edərək, Ermənistanın sırf humanitar xarakter daşıyan bu məsələdə konstruktiv mövqe nümayiş etdirməsinə ciddi ehtiyac olduğunu vurğulayıb. Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı nəticəsində 4000 nəfərdən artıq azərbaycanlının sənədləşdirilmiş şəkildə itkin düşmüş şəxs hesab olunduğunu diqqətə çatdırıb. O, bu şəxslərin əksəriyyətinin Ermənistan tərəfindən qətlə yetirildiyi, Ermənistan ərazisində və işğal olunmuş ərazilərdə kütləvi məzarlıqlarda basdırıldığını deyib.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan Prezidentlərinin 2014-cü ildə Parisdə keçirilmiş görüşündə itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsinin həyata keçirilməsi, bioloji məlumat bazasının yaradılması üzrə humanitar xarakter daşıyan bu təklifə Azərbaycanın dərhal müsbət münasibət bildirdiyini xatırladıb. Ermənistanın etimad quruculuğuna xidmət edəcək bu təklifdən müxtəlif bəhanələrlə yayandığını, itkin düşmüş şəxslər və kütləvi məzarlıqlar barədə məlumat mübadiləsinə imkan vermədiyini diqqətə çatdırıb.
Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin ata-analarının qəbirlərini ziyarət edərkən öz tarixi torpaqlarında Ermənistan tərəfindən qanunsuz olaraq girov götürülməsi məsələsini gündəmə gətirən Elmar Məmmədyarov Ermənistanın bu şəxsləri dərhal azad etməsi üçün beynəlxalq təsisatlar və ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən səylərin artırılmasının vacibliyini vurğulayıb.
Nazir Ermənistan tərəfindən mülki əhalinin hədəf seçilərək atəşə tutulması hallarının artmasının yolverilməz olduğunu deyərək, 1 sentyabr 2015-ci il tarixində Tərtər rayonunun Qapanlı kəndində toy mərasiminin atəşə tutulmasının nəticələrinin beynəlxalq humanitar hüququn pozulmasına əyani sübut olduğunu diqqətə çatdırdı. Ümumilikdə isə cəbhə boyunca atəşkəsin pozulmasının və itkilərin qarşısının alınması üçün Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu əlavə edib.
Nazir həmçinin qonağa Ermənistan tərəfindən Suriyadan olan erməni mənşəli şəxslərin Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşdırılmasının beynəlxalq humanitar hüquqa zidd olduğunu vurğulayaraq, bu məsələnin BQXK-nin mandatı əsasında araşdırılmalı olduğunu bildirib. Ermənistan tərəfindən Cenevrə Konvensiyaları əsasında üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasının davamlı və sistematik hal aldığını nəzərə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlərlə yanaşı, Avropada miqrasiya böhranı ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



