Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilir. SİA-nın məlumatına görə, iclasın gündəliyinə 7 məsələ daxil edilib. İclasda "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi, "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi, "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi, "Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi, Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası və Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası müzakirə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB