“Türkiyə və Rusiya bir-birinə lazımdır” AÇIQLAMA

“Türkiyə və Rusiya bir-birinə lazımdır” AÇIQLAMA

"Bu münaqişə elə də bir ciddi hal almayacaq". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Fikrət Sadıqov deyib.

O, Türkiyə ilə Rusiya arasındakı gərginliyin nəticələri ilə bağlı danışıb: "Türkiyə qəzəblidir və onu müəyyən dərəcədə anlamaq olar. Çünki Türkiyənin sərhədləri Rusiya hərbi qırıcıları tərəfindən pozulub. Lakin Rusiya bununla bağlı artıq üzrxahlıq edib. Hətta diplomatik kanallar vasitəsilə nota verərək bildirib ki, bu səhvən baş verib və söz verib ki, bundan sonra belə bir hal təkrar olmayacaq. Rusiyanın mövqeyi göz qabağındadır. O, İŞİD-ə qarşı mübarizə apararaq Bəşər Əsəd rejimini də müdafiə etməyə çalışır. Eyni zamanda Suriyada öz mövqeyini möhkəmlətməyə çalışır. Bununla da bölgədə geosiyasi qarşıdurma yaşanır".

Politoloq sözlərinə görə, indiki şəraitdə Rusiya və Türkiyənin bir-birinə çox ehtiyacı çünki onların birgə apardığı layihə çoxdur: "Onları bir sıra enerji layihələri ilə qarşılıqlı şəkildə bir-birinə bağlıdır. Ortada müəyyən iqtisadi əlaqələr var və düşünürəm ki, bu münaqişə elə də ciddi bir hal almayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə