Tural Abbaslı: "Cəmil Həsənli özünü AXCP-nin təəssübkeşi kimi apardı" AÇIQLAMA

Tural Abbaslı: "Cəmil Həsənli özünü AXCP-nin təəssübkeşi kimi apardı" AÇIQLAMA

"Cəmil Həsənlinin belə bir fikrə düşməsinə inanmaq istəməzdim. Çünki Cəmil bəy heç də uzaq olmayan tarixdə bütün müxalifətin prezidentliyə "vahid namizədi" olmuşdu. Düzdür, seçkilərdən dərhal sonra "Milli Şura" daxilində baş verən hadisələr və bunun fonunda Cəmil Həsənlinin münasibəti vəziyyəti dəyişdi. Hazırda "Milli Şura" ya və Cəmil Həsənliyə yəni mənfi münasibət mövcuddur". Bu fikirləri SİA-ya açıqlamasında "Ağ Blok"un təmsilçisi Tural Abbaslı deyib.

Tural Abbaslı təəssüf hissi ilə qeyd edib ki, prezidentliyə namizədliyi dönəmində Cəmil Həsənli özünü birləşdirici fiqur kimi deyil, AXCP-nin təəssübkeşi kimi apardı: "Prezidentliyə namizəd olmuş şəxs seçki məğlubiyyətindən sonra yalnız qrup maraqlarından çıxış etməməlidir. Təssüf ki, Cəmil Həsənli bu prinsiplərə əməl etmədi. Qeyri-rəsmi "Milli Şura" nın rəhbəri olan AXCP sədri Əli Kərimlinin istək və tələblərini yerinə yetirdi. Düşünürəm ki, bu ən böyük səhvi idi".

T.Abbaslı son olaraq Cəmil Həsənlinin mühacirət eşqinə düşməsindən təəssüfləndiyini, hətta bunu ondan gözləmədiyini qeyd edib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə