"Ümumiyyətlə, Serj Sarkisyanın indidən 2018-ci ildə Ermənistanda prezidentliyə namizədin adını açıqlaması heç də təəccüblü deyil. Çünki Sarkisyan artıq öz başını itirib". Bunu SİA-ya müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Hərbi ekspertin sözlərinə görə, hətta Serj Sarkisyanın Nyu-Yorka yola düşməmişdən öncə "Dağlıq Qarabağın Ermənistanın ayrılmaz bir hissəsi olması" fikri də bütün bunları bir daha sübut edir: "Bu adamın dediyi hər bir söz cəfəngiyyatdan başqa bir şey deyil. O, başçı olaraq öz ölkəsinin işğalçı olduğunu bir daha sübut etdi. Bu ölkədə heç bir mədəniyyətdən söhbət gedə bilməz. İndi də o guya 2018-ci ildə prezidentliyə namizədin adını açıqlaması ilə özünü şərəfli hiss edir. Hər kəs də bilir ki, onlar bizim torpaqlarımızı işğal ediblər və ərazi bütövlüyümüzü pozublar. Rəsmi İrəvan 25 ildir ki, bizim hissiyatımızla oynayıb. Tam əminliklə deyə bilərəm ki, yaxın zamanlarda Ermənistanın daxilində başlayan etiraz aksiyaları onsuzda ağır vəziyyətdə olan işğalçı ölkəni pis vəziyyətə düçar edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB