Mərkəzi Seçki Komissyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 52-ci maddələrinə əsasən 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Qasımov Elmar Eldar oğlu, Rəhimzadə Vüqar Gəncəli oğlu, Abbasəliyev Mahir Ziyad oğlu Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri kimi qeydə alınıblar.
İclasda Ana Vətən Partiyasının (AVP) bir neçə səlahiyyəti nümayəndəsi də qeydə alınıb.
Sonra bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Toplantıda bu il noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə də baxılıb.
MSK katibi Arifə Muxtarova deyib ki, 70 saylı Masallı şəhər seçki dairəsindən namizədliyini irəli sürən Novruz Cəfərli MSK-ya müraciət edib. O, müraciətində bildirib ki, dairə seçki komissiyası onun namizədliyini əsassız olaraq qeydə almayıb. Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, onun Dairə Seçki Komissiyasına təqdim etdiyi 548 imzadan 200 imza etibarsızdır. Buna görə də onun namizədliyi qeydə alına bilməz. MSK Novruz Cəfərlinin şikayətini təmin etməyib.
42 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədliyini irəli sürən Hafiz Babalının müraciətinə baxılıb. O bildirib ki, müvafiq dairə seçki komissiyası onun namizədliyini əsassız olaraq qeydə almayıb. Bildirilib ki, H.Babalının DSK-ya təqdim etdiyi imzaların 469-u etibarlıdır, yəni, imzalar seçki məcəlləsinə uyğun toplanılıb. MSK-nın iclasında qərara gəlinib ki, DKS-nın H.Babalı ilə bağlı çıxardığı qərar ləğv edilməli, onun namizədliyi qeydə alınmalıdır.
63 saylı Sabirabad birinci seçki dairəsindən namizədliyini irəli sürən Şahin Qafarov MSK-ya müraciət edərək, dairə seçki komissiyasının qərarını mübahisələndirib. MSK onun şikayətini təmin etməyib.
MSK üzvü Validə Kazımova deyib ki, Ümid Partiyası tərəfindən 91 saylı Tərtər seçki dairəsindən namizədliyi irəli sürülən Tamilla Məmmədovanın (Qulami) MSK-ya müraciət etdiyini bildirib. T.Məmmədovanın müraciəti araşdırılıb, məlum olub ki, onun DSK-ya təqdim imzalar yetərli deyil, ona görə də namizədliyi qeydə alına bilməz. Müraciət əsassız elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB