“Rusiya-NATO qarşıdurması uzun müddət davam edə bilər" AÇIQLAMA

“Rusiya-NATO qarşıdurması uzun müddət davam edə bilər" AÇIQLAMA

"Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putinin görüşü heç də düşünüldüyü kimi uğurlu keçməyib". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.

Politoloq bildirib ki, tərəflər arasında görüş olduqca soyuq baş tutub: "Görüşdə müzakirə edilən həm Yaxın Şərq problemi, həm də Ukrayna məsələsində tərəflər ortaq məxrəcə gələ bilməyiblər. Bu səbəbdən Rusiyanın Federasiya Şurası xaricə qoşun göndərmək barədə qərar qəbul edib. Bu da o deməkdir ki, Rusiyanın Suriyaya qoşun yeritməsi prosesi davam edəcək və bununla da Rusiyanın Qərb ölkələri, NATO ilə qarşıdurması uzun müddətə davam edə bilər. Bu hətta xoşagəlməz nəticələrə və lokal müharibələrə gətirib çıxara bilər. Təəssüflər olsun ki, Putin reallıqları nəzərə almadan Rusiyanı fövqəldövlət kimi siyasət yeritməsinə səy göstərir. Bu da dünyadakı siyasi prosesləri qarşıdurmaya doğru aparır".

Bütün xəbərlər Facebook səhifəmizdə