Zahid Oruc: "Müdafiə Nazirliyinin xəbərləri birinci yerdə olmalıdır"

Zahid Oruc: "Müdafiə Nazirliyinin xəbərləri birinci yerdə olmalıdır"

"Hərbi vəziyyət elan olunmayıbsa, o demək deyil ki, bütün KİV-lərin qeyri-məhdud dərəcədə hərbi məsələlərə çıxışı olmalıdır". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında millət vəkili Zahid Oruc deyib. O, medianın bu istiqamətdə yaydığı xəbərlərə xüsusi diqqət yetirməli olduğunu bildirib.

Millət vəkili Müdafiə Nazirliyinin xəbərlərinin medianın manşetlərinə qoyulmalı olduğunu qeyd edib: "Cəbhə xəttində son aylarda vəziyyətin gərginləşdiyini hamı bilir. Toqquşmaların olduğu, artileriya qurğularından istifadə edilməsi barədə KİV-lərdə xəbərlər yayılır. Bir neçə gün öncə Azərbaycan ordusu düşmənə çox ciddi zərbələr vurdu. KİV haqqında qanunda dəyişiklik edilməsini təklif edirəm. Müdafiə Nazirliyinin xəbərləri birinci yerdə olmalıdır. Bunun 3-5-7-ci xəbər yerlərində verilməsi cəmiyyətdə də 7-ci dərəcəli məsələ olduğu təəssüratı doğurur. Nə qədər ki, müharibə qurtarmayıb, bütün media qurumları üçün Müdafiə Nazirliyinin xəbərləri ilk yerdə olmalıdır".

Millət vəkili daha bir məsələyə toxunub. O qeyd edib ki, hər iki validenyinini itirmiş şəxlərin təhsil haqqını dövlət öz üzərinə götürür. Ancaq 23 yaşadək şəxs bakalavr pilləsini bitirib magistraturaya daxil olur və yenə ödəniş edə bilmir. Z. Oruc təklif edib ki, qanuna elə şərt artırılsın ki, bu şəxslərin növbəti pillədə də təhsil ödənişinin həyata keçirilməsinə dövlət kömək eləsin".

Bütün xəbərlər Facebook səhifəmizdə