Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda bu ilin noyabrın 1-nə təyin edilmiş parlamentə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb.
MSK Katibi Arifə Muxtarova deyib ki, 94 saylı Bərdə kənd seçki dairəsindən namizədliyini irəli sürmüş Müsavat Partiyasının üzvü Dadaş Əhmədli seçki dairəsinin qərarını mübahisələndirib. A.Muxtarova deyib ki, D.Əhmədlinin müraciəti Ekspert Qrupu araşdırıb. Məlum olub, onun təqdim etdiyi 550 imzadan 192-si etibarsız olub. İclasda DSK-nın Dadaş Əhmədlinin namizədliyini qeydə almaması ilə bağlı qərarı qüvvədə saxlanılıb.
Müsavat Partiyasının Ağcabədi rayon təşkilatının sədri Rəşid Rəcəblinin müraciətinə də baxılıb. 82 saylı Ağcabədi seçki dairəsindən namizədliyini irəli sürən R.Rəcəbli dairə seçki komissiyasının qərarını mübahisələndirib. O, müraciətində bildirib ki, DSK-ya təqdim edilən imza vərəqələrinin yoxlanılmasında onun iştirakı təmin edilməyib və əsassız olaraq namizədliyi qeydə almayıb. Ekspert Qrupunun araşdırması nəticəsində məlum olub ki, R.Rəcəbli DSK-ya 550 imza təqdim edib. Həmin imzalardan 224-nün sahibi bundan imtina edib. Bildiriblər ki, imzalar aldadılma nəticəsində yığılıb. MSK R.Rəcəblinin şikayətini təmin etməyib və onun namizədliyi qeydə alınmayıb.
MSK-nın iclasında iştirak edən R.Rəcəbli MSK-nın qərarına etirazını bildirib və deyilənlərin əssasız olduğunu qeyd edib.
61saylı Neftçala seçki dairəsi Kamran Əsədovun MSK-ya müraciəti müzakirəyə çıxarılıb. MSK üzvü Qabil Orucov deyib ki, K.Əsədovun tələbi aydın olmadığından müraciət baxılmamış hesab edilsin.
74 saylı Lənkərəran kənd seçki dairəsindən Tural Hüseynovun müraciətində qeyd edilib ki, müvafiq dairə seçki komissiyası əsassız olaraq onun namizədliyini qeydə almayıb. T.Hüseynov bildirib ki, ona imza verənlərə təzyiq edildiyini qeyd edib.
Ekspert Qrupunun araşdırması nəticəsində bəlli olub ki, imzalarını geri götürən şəxslərin imzaları istisna edilərsə, namizədliyin qeydə alınması üçün imzalar yetərli sayda deyil. Beləlik, DSK-nın onun bağlı verdiyi qərar qüvvədə saxlanılıb, T.Hüseynovun namizədliyi qeydə alınmayıb.
Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB