Sentyabrın 27-dən oktyabrın 4-dək AŞPA-nın payız sessiyasında iştirak etmək üçün Milli Məclisin bir qrup deputatı Strasburqda səfərdə olacaq. Bu barədə SİA-ya Milli Məclisin mətbuat xidmətindən xəbər verilib.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyətinə deputatlar Sevinc Fətəliyeva, Rafael Hüseynov, Elxan Süleymanov, Sahibə Qafarova, Fazil Mustafa və Sabir Hacıyev daxildir.
Bildirilib ki, sessiya dövründə Assambleya Bürosunun və daimi komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada miqrasiya böhranına siyasi və humanitar reaksiyalar, tranzit ölkələrdə çətinliklər, ictimai sağlamlığın və xəstələrin qorunmasına dərman sənayesinin təsiri, ATƏT-in fəaliyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Sessiyada deputat Rafael Hüseynovun "Dini azadlıq və demokratik cəmiyyətdə birgə yaşama" mövzusunda məruzəsinin dinlənilməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB