"Beynəlxalq qurumların irəli sürdüyü təkliflər əsassız iradlardan ibarətdir"
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bir sıra beynəlxalq təşkilatların ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə əlaqədar Azərbaycana qarşı qərəzli bəyanatlarının arxasında hansı məqamların dayandığının araşdırılması ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı qeyd edib ki, AVCİYA Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı ATƏT DTİHB-in Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiyanın hesabatına dair Analitik təhlil adlı sənəd hazırlayıb: "Beynəlxalq qurumların Azərbaycana qarşı irəli sürdüyü təkliflər əsassız iradlardan ibarətdir. Çünki Azərbaycan Avropa Şurasına üzv qəbul olunduqdan sonra Avropa Parlamenti, Avropa Şurası, ATƏT PA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyaları Azərbaycanla bağlı öz rəy və tövsiyələrini bildiriblər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ehtiyacların qiymətləndirilməsi üzrə missiyanın 31 avqust 2015-ci ildə tərtib etdiyi hesabatda beynəlxalq təşkilatların əvvəlki illərdə irəli sürdükləri tövsiyələrin bir hissəsi təkrar olunub. Beynəlxalq qurumların rəy və tövsiyələrində oxşarlıq və təkrarçılıq olduğundan, eləcə də bu rəylərlə bağlı müxtəlif yanaşmaların mövcudluğu onların müqayisəli təhlilindən xəbər verir".
M. Zülfüqarlı əlavə edib ki, AVCİYA qarşıdakı seçkilərlə bağlı geniş fəaliyyət proqramı həyata keçirir: "Bu fəaliyyət proqramı çərçivəsində assosiasiya beynəlxalq qurumların 2003-2015-ci illərdə irəli sürdükləri rəy və tövsiyələrin müqayisəli təhlilini aparıb. Məlum olub ki, beynəlxalq qurumların tələbləri ölkəmizə qarşı ikili standartlardan, ikili yanaşmadan başqa bir şey deyil. Misal üçün qeyd edək ki, onlar Azərbaycanda parlament və dövlət strukturlarında gender bərabərliyinin pozulduğunu iddia edirlər. Halbuki, Avropa dövlətləri ilə müqayisədə qadınların vəzifədə təmsil olunması baxımından Azərbaycan bəzi dövlətləri üstələyir".
Tədbir mövzu ətrafında diskusiya ilə davam etdirilib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB