Azərbaycanın xarici müstəqil siyasəti və Avropa Parlamenti

Azərbaycanın xarici müstəqil siyasəti və Avropa Parlamenti

Məlum olduğu kimi, 10 sentyabr 2015-ci il tarixində Avropa parlamenti Azərbaycanın xarici müstəqil siyasətinin Azərbaycan xalqının milli maraqlarına və mənafeyinə söykəndiyi üçün, ölkədə sabitliyin və iqtisadi inkişafın davamlı olduğunu nəzərə alaraq və xarici qüvvələrin təsiri altına düşmədiyi üçün ölkəmiz haqqında qərəzli, əsassız, ancaq çirkin məqsədlərə xidmət edən qətnamə qəbul etdi. Qətnamənin tam mətni ilə tanış olanda aydın olur ki, Qərb Azərbaycanda maliyyələşdirdiyi 5-ci kolonun məhv olduğundan, ölkəsinə xəyanət etmiş, cinayətkarların, ölkədə olan sabitliyin pozulmasına öz fəaliyyətini sərf edən insanların "qəhrəman" şəkilinə salırlar. İnsan hüquqları və azdalıqlarında bəhs edərək, Yaxın Şərqdə minlərlə insanları, yaşlı, qadın, uşaqları "demokratiya prosesi" adı altında məhv edən Qərb, onlara üz tutmuş qaçqınlara olan münasibəti ilə insan hüquqları, insan azadlıqlarının necə qəbul etdiklərini dünyaya nümayiş etdirdilər. Ölkə Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi, artıq Avropada təhlükəli proseslər başlayır, bu ksenofobiyanın, islamofobiyanın, faşizmın, irqçiliyin yayılmasıdır. İkili standartlar, digər ölkələrə yuxarıdan aşağı baxmaq artıq Avropanın yenədə bəşəri dəyərlərdən danışmağa haqqı olmadığını bir daha sübut etdi.

Tarix hər zaman sünut edib ki, Azərbaycan xalqı hər zaman bir olub və xarici qüvvələrə birgə müqavimət göstərib. Yaranmış vəziyyət və Azərbaycan hakimiyyəti ilə xalq arasında olan birlik güc bir daha sübut etdi ki, Azərbaycan xalqı müdrik xalqdır və o hər zaman xarici qüvvələrə qarşı öz mübarizəsini aparacaq və ölkədə mövcud iqtisadi inkişafı, sabitliyin qorunmasında hər zaman sipər dayanacaqdır. Cənab Prezidentin bildirdiyi kimi, Avropa Parlamentinin bu qətnaməsi kağız parçasından artıq bir şey deyil və Azərbaycan cəmiyyətidə bunu belə qəbul edir və ölkəmizin müstəqilliyi və daimi inkişafı üçün hər zaman həmrəlik nümayiş etdirir.

Bəxtiyat NƏBİYEV

YAP Yasamal rayon təşkilatının Gənclər Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə