41 uşağa şəxsiyyət vəsiqəsi verildi FOTOLAR

41 uşağa şəxsiyyət vəsiqəsi verildi FOTOLAR

17 sentyabr tarixində Sumqayıt "ASAN xidmət" mərkəzi və ASAN Könüllülərinin birgə təşəbbüsü ilə "Könüllülər Yurdu Azərbaycan" layihəsi çərçivəsində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən əqli və fiziki məhdudiyyətli uşaqlar üçün 2 saylı Dövlət Sosial Xidmət müəssisəsində xeyriyyə tədbiri təşkil edilib. Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən SİA-ya verilən xəbərə görə, "ASAN xidmət" mərkəzi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 41 nəfər uşağa şəxsiyyət vəsiqəsi təqdim edilib.

Tədbirdə uşaqlar üçün əyləncəli və musiqili anlar yaşanıb. Gənclər valideyn himayəsindən və qayğısından məhrum olmuş uşaqlarla birgə vaxt keçirib, onlara müxtəlif hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri yarandığı ilk gündən sosial məsuliyyət yönümlü aksiyalar keçirir və bu istiqamətdə fəaliyyətini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə